...

Marsialın “Mançester Yunayted” qərarı

İdman Materials 15 Aprel 2024 18:33 (UTC +04:00)
Marsialın “Mançester Yunayted” qərarı

Bakı. Trend:

Antoni Marsialın “Mançester Yunayted”dəki taleyinə aydınlıq gəlib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 28 yaşlı fransalı mövsümün sonunda İngiltərə klubundan ayrılacaq.

2023-cü ilin dekabrından zədə üzündən oynamayan hücumçu 9 mövsüm formasını geyindiyi komanda ilə vidalaşacaq. Antoni özünə yeni komanda axtarışına başlayıb.

Forvardın karyerasını İtaliyada davam etdirməsi gözlənilir. Onun xidmətində “İnter” maraqlıdır.

Qeyd edək ki, futbolçunun bu yay başa çatacaq müqaviləsində 1 il müddətinə uzadılma bəndi var. Lakin klub rəhbərliyi də ona belə təklif etməyəcək.

Xəbər lenti

Xəbər lenti