...

Marsyal “Mançester Yunayted”lə vidalaşıb

İdman Materials 28 May 2024 02:38 (UTC +04:00)

Bakı. Trend:

Antoni Marsyal “Mançester Yunayted”i tərk edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, fransalı futbolçu özü bu barədə sosial şəbəkədə paylaşım edib.

28 yaşlı hücumçu klub azarkeşlərinə təşəkkür edib. O, “Mançester Yunayted”də 9 mövsüm keçirib. Marsyal 317 oyunda 90 qol vurub, 37 ötürmə verib. Antoni “qırmızı şeytalar”ın heyətində 5 kubok qazanıb (Avropa Liqası, İngiltərə kuboku (2 dəfə), İngiltərə superkuboku, İngiltərə Liqa kuboku).

Qeyd edək ki, Marsyalın “İnter”ə keçəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti