...

Azərbaycan basketbol millisi Avropa çempionatında İrlandiyaya uduzub

İdman Materials 14 İyul 2024 16:43 (UTC +04:00)

Bakı. Trend:

20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda qrup mərhələsi davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Rumıniyada təşkil olunan yarışda III turun oyunları keçirilib.

B qrupunda mübarizə aparan Azərbaycan millisi İrlandiya ilə görüşüb. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız 58:61 hesabı ilə uduzub.

Qeyd edək ki, Avropa çempionatının B divizionunun oyunları iyulun 21-dək davam edəcək. Komandamız növbəti matçını iyulun 17-də Niderlanda qarşı keçirəcək.

U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, B qrupu
III tur, 14 iyul
14:00. İrlandiya - Azərbaycan - 61:58 (22:17, 22:7, 11:16, 6:18)

Xəbər lenti

Xəbər lenti