...

"Yuventus" Fransisko Konseysao ilə maraqlanır

İdman Materials 23 İyul 2024 01:49 (UTC +04:00)

Bakı. Trend:

Fransisko Konseysao "Yuventus"un maraq dairəsinə düşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Turin klubu onun çıxış etdiyi "Portu" ilə danışıqlara start verib.

Turinlilər 21 yaşlı yarımmüdafiəçini ilkin mərhələdə icarəyə götürmək niyyətindədirlər. "Yuventus" müqaviləyə mövsümün sonunda məcburi transfer şərtini əlavə etməyi təklif edib.

Qeyd edək ki, "Portu" Konseysaonu "Ayaks"dan transfer edib. O, ötən mövsümdə Portuqaliya çempionatında 27 oyunda 5 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti