...

Yığmamız liderlərin duelində

İdman Materials 24 İyul 2024 10:47 (UTC +04:00)

Bakı. Trend:

18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda növbəti matçına çıxacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışın II turunda Gürcüstanla görüşəcək.

İlk turda qələbə qazanan rəqiblərin qarşılaşması liderlərin dueli olacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığmamız Albaniya ilə matçdakı uğurun davamını gətirmək üçün mübarizə aparacaq.

Qeyd edək ki, millimiz qrupdakı son matçında Ermənistanla görüşəcək.

Avropa çempionatı, C divizionu
B qrupu
24 iyul
19:00. Azərbaycan – Gürcüstan

Tetori İdman Zalı

1

Azərbaycan

1

1

0

72-53

2

2

Gürcüstan

1

1

0

77-68

2

3

Ermənistan

1

0

1

68-77

1

4

Albaniya

1

0

1

53-72

1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti