Bakı. Trend:
Bu gün İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı start götürüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
5 pəhləvanımız xalça üzərinə çıxıb.
U-20 dünya çempionatı
Yunan-Roma güləş
5️5 kq
Təsnifat mərhələsi
Rahim Həsənov ilk görüşdə çexiyalı Filip Bartoşiki sınağa çəkib.
8:0 hesabı ilə qalib gələn güləşçimiz Hassan Mohammed Alharthi ilə
görüşdə də çətinlik çəkməyib - 11:1. Rahim 1/4 finalda Ali Abdullah
Ahmadi Vafaya uduzub (1:6). Onun rəqibi finala yüksəldiyindən
Həsənov bürünc şansını saxlayıb.
6️3 kq
Təsnifat mərhələsi
Məhəmməd Şükürzadə ilk olaraq bolqarıstanlı Hristo Valentinovdan
üstün olub (7:0). 1/8 finalda çinli Jiyu Vanqı çətinliklə qalib
gələn (2:1) təmsilçimiz uğurunu 1/4 finalda davam etdirə bilməyib.
O, Erzu Zakriyevə (AİN) 4:9 hesabı ilə uduzub. Zakriyev həlledici
görüşə vəsiqə qazandığından Məhəmmədin medal şansı qalıb.
77 kq
Təsnifat mərhələsi
Təsnifat mərhələsindən mübarizəyə qoşulan Davud Məmmədov moldovalı
Aleksandru Soloveu ilə üz-üzə gəlib və 0:8 hesabı ilə mübarizəni
dayandırıb.
87 kq
1/8 final
Cocu Səmədov mübarizəyə 1/8 finaldan start verib. O, əvvəlcə
serbiyalı Andriya Mihayloviçi (5:1), sonra ermənistanlı Ruben
Gevorgyanı (3:1) məğlub edib. Səmədov yarımfinalda Temirlan
Turdakinlə (Qazaxıstan) qarşılaşıb. Rəqibinə 4:2 hesabı ilə qalib
gələn idmançımız həlledici döyüşə vəsiqə qazanıb. Finalda onun
rəqibi Asan Janişov (Qırğızıstan) olacaq.
130 kq
1/8 final
Məzaim Mərdənov ilk görüşdə Marko Supiçə (Serbiya) 2:0 hesabı ilə
qalib gəlib. Təmsilçimiz növbəti cəhddə uğursuz olub. O, iranlı
Abolfazi Qulamhüseyn Fathitazangiyə uduzub. Məzaimin rəqibi finala
vəsiqə qazandığından güləşçimiz medal uğrunda yarışacaq.
Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunacaq. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.