...

Mohamed Salah və Harri Keyn tarixə düşüblər

İdman Materials 11 Sentyabr 2024 03:09 (UTC +04:00)

Bakı. Trend:

Mohamed Salah və Harri Keyn öz ölkələrinin tarixinə düşüblər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, hər iki futbolçu yığmada 100-cü oyununu keçirib.

"Liverpul"un ulduzu Mohamedin Misir millisində yubiley matç Botsvana ilə görüşə təsadüf edib. Oyun "fironlar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollarından birinin müəllifi olan Salah komandada 46-cı dəfə fərqlənib.

Keyn isə hazırda Finlandiya davam edən qarşılaşmada 100-cü İngiltərə yığmasının formasını geyinib. O, bu həddə çatan 10-cu futbolçu olub.

Xəbər lenti

Xəbər lenti