Bakı. Trend:
Formula 1 Azərbaycan Qran-Prisi 2024 çərçivəsində Formula 1 komandalarının ikinci sərbəst yürüşləri başa çatıb.
Trend-in məlumatına görə, yarışda 10 komanda iştirak edib.
Ən yaxşı nəticəni “Scuderia Ferrari” komandasının pilotu Şarl Leklerk göstərib.
Daha sonrakı yerlərdə “Oracle Red Bull Racing” komandasının pilotu Serxio Perez və “Mercedes-AMG Petronas” komandasının pilotu Lyuis Hamilton qərarlaşıb.
xxx
17:00
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 1 komandalarının ikinci sərbəst yürüşləri start götürüb.
Trend-in məlumatına görə, yarışda 10 komanda iştirak edir.
Xatırladaq ki, bu gündən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.
13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.
Yarışın 2-ci günü, yəni sentyabrın 14-də Formula 1 komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.
Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.