Bakı. Trend:
Çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda kişilərin mübarizəsində də qalib müəyyənləşib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Azərreyl" çempion titulunu qazanıb.
Təmsilçimiz finalda İspaniyanın “CVP Poniente Benidorm Alicante“ klubu ilə qarşılaşıb. Komandalar hərəyə 1 qələbə qazanıblar. Yekunda qalib Qızıl setdə bəlli olub. Daha dəqiq olan "Azərreyl" 15:12 hesabı ilə qalib gələrək Avropa kubokuna sahib çıxıb.
Qeyd edək ki, "Azərreyl"in qadınlardan ibarət komandası da Avropa kubokunda çempion olub.
Avropa kuboku
13 oktyabr
Kişilər
Final
“Azərreyl” - “CVP Poniente Benidorm Alicante“ (İspaniya) - 2:1
(18:21, 21:14, 15:13)
“Azərreyl” - "CVP Poniente Benidorm Alicante“ (İspaniya) - 1:2
(21:19, 16:21, 14:16)
Qızıl set
“Azərreyl” - "CVP Poniente Benidorm Alicante“ (İspaniya) -
15:12