Bakı. Trend:
FIFA referisi Əliyar Ağayev UEFA tərəfindən növbəti təyinat alıb.
Trend xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) qarşılaşmasının baş hakimi olacaq. Ə.Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli yardım edəcəklər. Dördüncü hakim vəzifəsini isə Elçin Məsiyev icra edəcək. VAR hakimləri isə Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.
Oyun noyabrın 5-də Bolonya şəhərindəki “Renato Dall-Ara” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.