Bakı. Trend:
Bu gün futbol üzrə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan millisinin püşkatmada IV səbətdə yer alacağı təsdiqlənib.
Trend xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Komandalar püşkatma üçün beş səbətə bölünüb. Birinci səbətdə Millətlər Liqasının 1/4 finalçıları, digər səbətlərdə isə komandalar FIFA reytinqindəki mövqelərinə əsasən yerləşdirilib.
| Səbət 1 | Səbət 2 | Səbət 3 | Səbət 4 | Səbət 5 | 
| Fransa | Ukrayna | Şotlandiya | Bolqarıstan | Moldova | 
| İspaniya | İsveç | Sloveniya | Lüksemburq | Malta | 
| Portuqaliya | Türkiyə | İrlandiya | Belarus | Andorra | 
| İtaliya | Uels | Albaniya | Kosovo | Cəbəllüttariq | 
| İngiltərə | Macarıstan | Şimali Makedoniya | Ermənistan | Lixtenşteyn | 
| İsveçrə | Serbiya | Gürcüstan | Qazaxıstan | San-Marino | 
| Xorvatiya | Polşa | Finlandiya | Azərbaycan | |
| Niderland | Rumıniya | İslandiya | Estoniya | |
| Danimarka | Yunanıstan | Şimali İrlandiya | Kipr | |
| Almaniya | Slovakiya | Monteneqro | Latviya | |
| Belçika | Çexiya | Bosniya və Herseqovina | Litva | |
| Avstriya | Norveç | İsrail | 
 
                                     
                            