...

Tibo Kurtua Belçika millisinə qayıdır

İdman Materials 1 Mart 2025 09:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real Madrid"in qapıçısı Tibo Kurtua yenidən Belçika millisində çıxış edəcək.

Trend xəbər verir ki, bu barədə millinin baş məşqçisi Rudi Qarsiya məlumat verib.

"O geri qayıdacaq. Bu, bütün Belçika üçün əla xəbərdir. Mən həmişə Tibonu dünyanın ən yaxşı qapıçısı hesab etmişəm. "Real Madrid"in "Mançester Siti" ilə oyunundan əvvəl onunla danışmaq üçün Madridə getdim", – deyə Qarsiya bildirib.

Qeyd edək ki, Kurtua 2023-cü ilin yayından Belçika millisinə dəvət almırdı. O vaxtlar onun millinin keçmiş baş məşqçisi Domeniko Tedesko ilə anlaşmazlıq yaşadığı barədə xəbərlər yayılmışdı.

Xəbər lenti

Xəbər lenti