...

Bu klubun şikayəti təmin edilməyib

İdman Materials 19 Mart 2025 16:00 (UTC +04:00)
Bu klubun şikayəti təmin edilməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA “Neftçi”nin futbolçusu Bassalu Sambu ilə bağlı apellyasiya şikayəti ilə əlaqədar qərarını açıqlayıb.

Trend qurumun saytına istinadən xəbər verir ki, şikayət təmin edilməyib.

Hücumçu Azərbaycan kubokunun 1/4 inal mərhələsində “Kəpəz”lə oyunun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. İntizam Komitəsi futbolçunu 2 oyunluq cəzalandırmış, klubu 1500 AZN məbləğində cərimələmişdi.

AFFA bu qərarı qüvvədə saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti