Bakı. Trend:
Yayda "Bayer"dən ayrılmaq istədiyini açıqlayan Ceremi Frimponqla maraqlanan klub bəlli olub.
Trend xəbər verir ki, "Liverpul" niderlandlı cinah müdafiəçisini transfer siyahısına daxil edib.
Bir ay əvvəl Frimponqun "qırmızılar"ın yeni baş məşqçisi Arne Slotla danışdığı və həmyerlisi olan mütəxəssisin onun razılığını aldığı barədə xəbərlər yayılıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu "Real Madrid"in də diqqət mərkəzindədir. Frimponq ötən mövsümdə "Bayer" heyətində Almaniya çempionu titulunu qazanıb.