Bakı. Trend:
İtaliyanın "Roma" klubu almaniyalı müdafiəçi Mats Hummels ilə bağlı yekun qərarını verib.
Trend Plettigoala istinadən xəbər verir ki, "canavarlar" mövsümün sonunda müqaviləsi başa çatacaq 36 yaşlı futbolçu ilə anlaşmanı yeniləməyəcək.
Bu qərarla Hummels mövsümün sonunda komandadan ayrılacaq. Qeyd edək ki, təcrübəli müdafiəçi 2023-cü ilin sentyabrından "Roma"nın heyətində çıxış edir.