...

Nicat Abasov Rumıniyada keçirilən Avropa çempionatında ilk "iyirmilik"də yer alıb

İdman Materials 24 Mart 2025 05:13 (UTC +04:00)
Nicat Abasov Rumıniyada keçirilən Avropa çempionatında ilk "iyirmilik"də yer alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı qrossmeyster Nicat Abasov, Rumıniyada keçirilən şahmat üzrə Avropa çempionatının səkkizinci turunda Norveç təmsilçisi Elham Amara qalib gələrək ilk "iyirmilik"də yer alıb.

Trend xəbər verir ki, bu, Abasovun ardıcıl ikinci qələbəsidir.

Daha əvvəl İddiaçılar turnirində iştirak etmiş Abasov hazırda 6 xalla 19-cu sırada qərarlaşıb.

Səkkizinci turda qalib gələn Məhəmməd Muradlı və Əhməd Əhmədzadə hərəyə 5,5 xalla müvafiq olaraq 28 və 34-cü yerləri tuturlar. Heç-heçə oynayan və 39-cu pillədə qərarlaşan Aydın Süleymanlının da 5,5 xalı var.

Xəbər lenti

Xəbər lenti