Bakı. Trend:
"Barselona" futbol klubu qapıçısı Voytseh Şçensnı ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Trend-in məlumatına görə, İspaniya klubu artıq qolkiperlə danışıqlara başlayıb.
Tərəflər 1+1 illik müqavilə şərtlərini müzakirə edir və razılaşmanın tezliklə yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, Şçensnı bu ilin yanvarında "Barselona"nın heyətində debüt edib.