Bakı. Trend:
ABŞ-ın paytaxtı Vaşinqtonda 11 aprel 2025-ci il tarixi Milli Hokey Liqasının (NHL) "Vaşinqton" klubunun kapitanı Aleksandr Oveçkinin Günü elan olunub.
Trend-in məlumatına görə, bu barədə qərar şəhər meri Myuriel Bauzer tərəfindən imzalanıb və komandanın Mətbuat Xidməti tərəfindən ictimaiyyətə açıqlanıb.
“Mən, Vaşinqtonun meri, 11 aprel 2025-ci ili rəsmi olaraq Aleksandr Oveçkin Günü elan edirəm və şəhərin bütün sakinlərini bu günü qeyd etməyə dəvət edirəm”, – sənəddə bildirilir.
Qərar Oveçkinin NHL-in müntəzəm çempionatlarında vurulan qolların sayına görə rekord qırması ilə əlaqədardır. O, 6 aprel tarixində vurduğu qollarla əfsanəvi kanadalı hokkeyçi Ueyn Qretskinin (894 qol) rekordunu geridə qoyaraq 896 qolla yeni lider olub.
Bunun şərəfinə 11 apreldə Vaşinqtonda xüsusi bayram tədbirləri təşkil olunub.