...

UEFA Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq

İdman Materials 17 Aprel 2025 08:00 (UTC +04:00)
UEFA Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Trend-in məlumatına görə, bu qarşılaşmalardan sonra yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşəcək.

"Mançester Yunayted" öz meydanında "Lion"u qəbul edəcək, "Tottenhem" isə səfərdə "Ayntraxt"la qarşılaşacaq.

Digər qarşılaşmalarda, "Latsio" evdə "Budyo Qlimt"lə, "Reyncers" isə İspaniyada "Atletik"lə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.

23:00. “Atletik” - “Reyncers” (0:0)

23:00. “Mançester Yunayted” - “Lion” (2:2)

23:00. “Ayntraxt” - “Tottenhem” (1:1)

23:00. “Latsio” - “Budyo Qlimt” (0:2)

Xəbər lenti

Xəbər lenti