...

“Qalatasaray” Qranit Caka ilə danışıqlara başladı

İdman Materials 17 Aprel 2025 09:00 (UTC +04:00)
“Qalatasaray” Qranit Caka ilə danışıqlara başladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Bayer”in təcrübəli yarımmüdafiəçisi Qranit Caka karyerasını Türkiyədə davam etdirə bilər.

Trend-in məlumatına görə, İstanbul nəhəngi “Qalatasaray” isveçrəli futbolçunu heyətinə qatmaq niyyətindədir və artıq onunla ilkin danışıqlara başlayıb.

32 yaşlı orta xətt oyunçusunun Türkiyəyə keçidə müsbət yanaşdığı, hətta “Qalatasaray”ın oyunlarını izləməyə başladığı bildirilir.

Futbolçunun yekun qərarını mövsümün sonunda verəcəyi gözlənilir. Əgər “Qalatasaray” Türkiyə çempionu olar və Çempionlar Liqasında iştirak haqqı qazanarsa, Cakanın İstanbul klubuna keçidi reallaşa bilər.

Qeyd edək ki, Qranit Caka 2023-cü ilin yayında “Arsenal”dan “Bayer”ə transfer olunub. İsveçrə millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində 45 rəsmi oyunda 2 qol vurub, 7 məhsuldar ötürmə verib.

Xəbər lenti

Xəbər lenti