...

“Neftçi”nin hücumçusu növbəti mövsümdə "Şamaxı"nın heyətində olacaq

İdman Materials 24 Aprel 2025 05:07 (UTC +04:00)
“Neftçi”nin hücumçusu növbəti mövsümdə "Şamaxı"nın heyətində olacaq

Bakı. Trend:

Gənc hücumçu Ağadadaş Salyanskinin “Neftçi”ni tərk edəcəyi gözlənilir.

Trend xəbər verir ki, 20 yaşlı futbolçu mövsümün sonunda bitəcək müqaviləni artırmaq niyyətində deyil.

Artıq Ağadadaşın növbəti komandasının adı da bəllidir. Salyanski növbəti mövsümə "Şamaxı"nın heyətində start verəcək. Onun seçimində 21 yaşadək futbolçulardan ibarət millimizin yeni baş məşqçisi Ayxan Abbasovun da rolu böyük olub. Gənc futbolçu Şamaxı təmsilçisinə rəhbərlik edən mütəxəssisin rəhbərliyi altında oynamağa qərar verib.

Qeyd edək ki, bu mövsümdə bütün turnirlərdə "Neftçi"nin heyətində 18 oyunda 3 qol və iki ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti