...

"Yuventus" müdafiə xəttini Maksim de Kyoyperlə gücləndirməyə hazırlaşır

İdman Materials 24 Aprel 2025 22:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın A Seriyası təmsilçisi "Yuventus" müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək niyyətindədir. Klubun əsas transfer hədəfi Belçikanın "Brügge" komandasının sol cinah müdafiəçisi Maksim de Kyoyperdir.

Trend-in məlumatına görə, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, Turin klubu 24 yaşlı futbolçunu yay transfer dönəmində heyətinə qatmağa çalışacaq və bu məqsədlə "Brügge" ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Maksim de Kyoyper "Brügge" klubunun yetirməsidir və hazırda Belçika millisinin üzvüdür. O, cari mövsümdə klubunun heyətində 47 rəsmi oyunda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti