...

"Fənərbaxça" Avroliqanı "Dördlər finalı"na yüksələn ilk komanda oldu

İdman Materials 30 Aprel 2025 03:07 (UTC +04:00)
"Fənərbaxça" Avroliqanı "Dördlər finalı"na yüksələn ilk komanda oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbul təmsilçisi “Fənərbaxça” basketbol üzrə Avroliqa pley-off mərhələsində Fransanın “Paris” klubunu seriyada 3:0 hesabı ilə məğlub edərək “Dördlər finalı”na vəsiqə qazanan ilk komanda olub.

Trend xəbər verir ki, “Fənərbaxça” bütün oyunlarda rəqibinə üstünlük qazanıb – 83:78, 89:72 və 98:88 hesabları ilə.

Pley-offun digər cütlüklərində isə mübarizə davam edir: “Olimpiakos” seriyada “Real”a qarşı 2:1 öndədir, “Panatinaikos” “Anadolu Efes”lə 1:1 bərabərlikdədir, “Monako” isə “Barselona” qarşısında 2:0 hesablı üstünlük əldə edib.

Qeyd edək ki, Avroliqa tarixində ilk dəfə “Dördlər finalı” Avropadan kənarda – BƏƏ-nin paytaxtı Abu-Dabidə keçiriləcək. Həlledici qarşılaşmalar mayın 23-dən 25-dək baş tutacaq.

Xəbər lenti

Xəbər lenti