Bakı. Trend:
Borxa Ximenezin rəhbərlik etdiyi "Leqanes" La Liqanın son turunda "Valyadolid" üzərində 3:0 hesablı inamlı qələbə qazansa da, bu nəticə komandanın elitada qalmasına kifayət etməyib.
Trend-in məlumatına görə, paralel olaraq keçirilən oyunda "Espanyol" "Las Palmas"ı 2:0 hesabı ilə məğlub edərək "Leqanes"in ümidlərini puça çıxarıb.
Qeyd edək ki, "Leqanes" ötən mövsüm Segundada dörd il keçirdikdən sonra La Liqaya yüksəlmişdi. Cari mövsümü 40 xalla 18-ci pillədə başa vuran komanda növbəti mövsümdən yenidən ikinci divizionda çıxış edəcək.
Xatırladaq ki, daha əvvəl "Las Palmas" və "Valyadolid"in də La Liqanı tərk etdiyi rəsmiləşmişdi.