Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.
Trend-in məlumatına görə, turun son günündə "Şamaxı" "Qarabağ"la üz-üzə gələcək. Matç saat 14:30-da start götürəcək.
"Neftçi" isə "Qəbələ" ilə qarşılaşacaq. Oyunun start fiti saat 19:00-da çalınacaq.
Qeyd edək ki, turnir cədvəlinə 46 xalla "Sabah" başçılıq edir. İkinci pillədə isə 36 xal ilə "Qarabağ" qərarlaşıb.
