...

NIKOIL | Bank-ın Müşahidə Şurasına yeni sədr təyin olunub

İqtisadiyyat Materials 7 Oktyabr 2016 13:44 (UTC +04:00)
Oktyabrın 5-də NIKOIL | Bank-ın səhmdarlarının növbədənkənar Ümumi Yığıncağında Xəlilov İsgəndər Ağasəlim oğlu öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub.
NIKOIL | Bank-ın Müşahidə Şurasına yeni sədr təyin olunub

Bakı. Trend:

Oktyabrın 5-də NIKOIL | Bank-ın səhmdarlarının növbədənkənar Ümumi Yığıncağında Xəlilov İsgəndər Ağasəlim oğlu öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub.

Bankdan Trend-ə verilən məlumata görə, səhmdarlar Kulişova Marina Valeryevnanın Müşahidə Şurasının sədri təyin ediməsi barədə qərar qəbul ediblər. O, Bankın transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.

Eyni zamanda, Romanovskiy İvan Vladimiroviçin Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilib. Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İsgəndər Xəlilov NIKOIL | Bank-ın səhmdarlarından biri olaraq qalır. Beləliklə, Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:

Müşahidə Şurasının sədri:
Kulişova Marina Valeryevna

Müşahidə Şurasının üzvləri:
Romanovskiy İvan Vladimiroviç
Sazonov Aleksey Valeryeviç
Suxoruçkin Pavel Aleksandroviç
Novikov Roman Vitalyeviç

Bankın səhmdarları, Müşahidə Şurası və menecmenti NIKOIL | Bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə Xəlilov İsgəndər Ağasəlim oğluna minnətdarlığını bildirirlər.
NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti