...

Biznesdə keyfiyyət idarəetmə sistemi təlimi keçirilib (FOTO)

İqtisadiyyat Materials 8 Noyabr 2016 10:39 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 7-də tələbələr üçün biznesdə keyfiyyət idarəetmə sistemi mövzusunda təlim keçirilib. Təlim “AtaHolding” Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynov tərəfindən aparılıb.

“AtaHolding”dən Trend-ə verilən məlumata görə, təlimdə Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr iştirak etdilər. Keyfiyyət şöbəsinin rəisi E.Hüseynov bildirib ki, azad bazar iqtisadiyyatında rəqabət mühitində dayanıqlı fəaliyyətin təmin edilməsi üçün müəssisələrdə keyfiyyət idarəetmə sisteminin qurulmasına böyük ehtiyac var. Fəaliyyət sahələrinə uyğun olaraq əməyin mühafizəsi, informasiya təhlükəsizliyi, ətraf mühit, qida təhlükəsizliyi və digər idarəetmə sistemlərini tənzimləyən beynəlxalq standartlar mövcuddur. Lakin bütün idarəetmə sistemlərinin bazasını keyfiyyət idarəetmə sistemi təşkil edir. Bu sistem İSO 9001 beynəlxalq standartın tələblərinə əsaslanır.

Təlimdə tələbələrə Keyfiyyət menecment sisteminin səmərəsi və tətbiq mərhələləri, müəssisə fəaliyyətində maraqlı tərəflər və onların maraq dairələri, hədəf planlaması, menecmentə sistemli yanaşma, biznes proseslərin əhəmiyyəti və tərtibi metodları barədə məlumat verilib, praktiki qrup çalışması aparılıb.

Tədbirdə “Excelsior Hotel & Spa Baku” otelinin keyfiyyət idarəetmə sistemi üzrə nümayəndəsi Kamran Rzayev və “AtaSığorta” ASC-nin keyfiyyət idarəetmə sistemi üzrə nümayəndəsi Xədicə Nəsirova iştirak etdilər və tələbələrin otel və sığorta sahələrində keyfiyyət idarəetmə sistemi ilə bağlı maraqlandıran sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti