...

“Neft Daşları”nda 2646 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

İqtisadiyyat Materials 26 Dekabr 2016 16:46 (UTC +04:00)

Bakı. Trend:

Bu günlərdə “Neft Daşları” yatağındakı 1637A saylı meydançada 2646 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Trend SOCAR-a istinadən məlumat verir ki, quyu Qirməki Altı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1010-1005 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti