...

"Türk Hava Yolları" bu dəfə 100-dən artıq reysi təxirə saldı

İqtisadiyyat Materials 11 Yanvar 2017 11:18 (UTC +04:00)
"Türk Hava Yolları" (THY) İstanbul aeroportlarında 113 daxili və xarici reysi təxirə salıb.
"Türk Hava Yolları" bu dəfə 100-dən artıq reysi təxirə saldı

Bakı. Trend:

"Türk Hava Yolları" (THY) İstanbul aeroportlarında 113 daxili və xarici reysi təxirə salıb. Trend THY-yə istinadən məlumat verir ki, reyslərin təxirə salınmasının səbəbi əlverişsiz, qarlı hava şəraiti ilə bağlıdır.

Qeyd edək ki, İstanbulda güclü şaxtalı və qarlı hava artıq 6-cı gündür ki, davam edir. THY bu günlər ərzində 1500-dən artıq reysi təxirə salıb. Reyslərin təxirə salınması Türkiyə hava şirkətinə 100 milyon türk lirəsi həcmində ziyan vurub.

Reysləri təxirə salan şirkət 15 minə yaxın sərnişini otellərdə yerləşdirməyə məcbur olub.

Xəbər lenti

Xəbər lenti