...

Şahmar Mövsümov növbəti müddətə Bank VTB-nin Müşahidə Şurasına üzv seçilib

İqtisadiyyat Materials 27 Aprel 2017 16:41 (UTC +04:00)
Rusiyanın Sankt-Peterburq şəhərində Bank VTB Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi illik yığıncağı keçirilib.
Şahmar Mövsümov növbəti müddətə Bank VTB-nin Müşahidə Şurasına üzv seçilib

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində Bank VTB Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi illik yığıncağı keçirilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) Trend-ə verilən məlumata görə, fondun İcraçı direktoru Şahmar Mövsümov Bankın Müşahidə Şurasının üzvü kimi iclasda iştirak edib.

Yığıncaqda Bankın 2016-cı il üçün illik maliyyə hesabatlarının təsdiqi, 2016-cı ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi, dividendlərin həcmi, ödənilmə tarixləri və forması, eləcə də Bankın Müşahidə Şurasının və Audit Komissiyasının yeni tərkibi, xarici audit yoxlamasının aparılması üçün audit şirkətinin seçilməsi və Bankın nizamnaməsinə və idarə edilməsi haqqında qaydalara dəyişikliklər edilməsi barədə məsələlər müzakirə olunub.

İclasda ARDNF-nin İcraçı direktoru Ş.Mövsümov növbəti dövr üçün Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü seçilib.

2013-cü ildə ARDNF Bank VTB ASC tərəfindən emissiya edilmiş 500 milyon dollar həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,95%-lik paya sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti