Bakı. Trend:
İnsure.az saytının hesablamalarına görə, "A-Qroup" Sığorta Şirkəti kommunikasiya vasitələrinin sayına və müştərilərə təqdim etdiyi maksimal əlaqə kanallarının sayına görə öndə gedir. A-Qroup-un müştəriləri təqdim olunan 10 kommunikasiya növünün istənilən birindən istifadə edə bilər.
A-Qroup zamanın tələbinə uyğunlaşaraq müştərilərinin rahatlığı üçün bütün mümkün atdımları atır. Hazırda şirkətlə əlaqə saxlayıb, sual vermək, məlumat almaq və yaxud konsultasiya almaq təkcə telefon, sayt (a-group.az) və yaxud da email vasitəsilə deyil həmçinin mobil tətbiq (A-Qroup Mobile Concierge), WhatsApp və Skype vasitəsi ilə də mümkündür. Şirkətin media aktivliyini eləcə də YouTube kanalında və təbii ki, Facebook, Instagram, LinkedIn, Twitter social şəbəkələrində izləmək mümkündür.
Bu kommunikativ müxtəliflik A-Qroup-un açıq, aktiv, əlçatan və mobil sığorta şirkəti olduğunu təsdiq edir.
İnsure.az portalının təqdimatına görə əlaqə vasitələrinin sayına görə ikinci yeri 8 kommunikasiya kanalı ilə PAŞA Sığorta Şirkəti və 7 kommunikasiya kanalı ilə PAŞA Həyat Sığorta Şirkəti tutur.