...

DGK: İdxal olunan bütün spirtli içkilər gömrük nəzarətindən keçirilir

İqtisadiyyat Materials 8 Dekabr 2017 16:36 (UTC +04:00)
Bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir
DGK: İdxal olunan bütün spirtli içkilər gömrük nəzarətindən keçirilir

Bakı. Trend:

Bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur.

Trend-in məlumatına görə, bu Dövlət Gömrük Komitəsindən (DGK) Azərbaycana saxta, mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirilərkən deyilib.

DGK bildirir ki, əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır:

"Onu da qeyd edək ki, məsələ ilə bağlı DGK-nın Aksiz Baş Gömrük İdarəsi Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə rəsmi məktubla müraciət edib və sorğuya cavab olaraq Mərkəzdən bildirilib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində 2017-ci il ərzində idxal olunan spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə və ölüm hadisələri qeydə alınmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti