...

İran, Ərəb Əmirlikləri və Rusiyadan Azərbaycana gələn turistlərin sayı artıb

İqtisadiyyat Materials 11 Dekabr 2017 17:37 (UTC +04:00)
Cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub.
İran, Ərəb Əmirlikləri və Rusiyadan Azərbaycana gələn turistlərin sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 790 258 nəfəri Rusiya, 488 269 nəfəri Gürcüstan, 340 702 nəfəri İran, 275 147 nəfəri Türkiyə, 87 215 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 58 259 nəfəri İraq, 53 583 nəfəri Ukrayna, 32 644 nəfəri Səudiyyə Ərəbistanı, 351 831 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Xarici vətəndaşlar daha çox iyul ayında gəlmişdir ki, bu da 313 515 nəfər olmuşdur.

Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq 31,8 faiz, 19.7 faiz, 13.7 faiz, 11.1 faiz və 3.5 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Belə ki, bu il İrandan 117 556, BƏƏ-dən 44 558, Rusiyadan 105 020 nəfər daha çox şəxs gəlmişdir.

2016-cı ilin 11 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 064 224 nəfər noyabr ayında isə 169 427 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycana 413 684 (20%) nəfər, yalnız noyabr ayında isə 31 877 (18.8%) nəfər çox xarici vətəndaş gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti