...

Kriptovalyuta bazarında nə baş verir? - Virtual pullar çökür

İqtisadiyyat Materials 29 Mart 2018 10:25 (UTC +04:00)
Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir.
Kriptovalyuta bazarında nə baş verir? - Virtual pullar çökür

Bakı. Trend:

Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir.

Trend-in məlumatına görə, ucuzlaşma bütün virtual pulların qiymətində özünü göstərib. Belə ki, dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 8 min dollardan da aşağı satılır.

Daha dəqiq desək, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 1,72% ucuzlaşaraq 7,756 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma baş verib. Belə ki, "Ethereum" 4,46% və ya 430,01 dollaradək, "Ripple" 3,11% (0,562 dollara qədər), "Bitcoin Cash" isə 7% (824,62 min dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 290,83 milyard dollar təşkil edir. Bu göstəricinin 45%-ə yaxını bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti