Bakı. Trend:
“Procter and Gamble” (P&G) şirkəti 2018-ci ildə Azərbaycana gəlişinin 20 illiyini qeyd edir.
Trend məlumat verir ki, 1998-ci ildə Azərbaycanda fəaliyyətə başlayan gündəlik tələbat mallarının tanınmış istehsalçısı “Biz həyatın kiçik anlarında böyük potensial görürük. Dişləri fırçalamaqda. Saçları yumaqda. Duş qəbul etməkdə. Uşağın qayğısına qalmaqda. Evi təmizləməkdə. Qab və paltar yumaqda. Biz bu anları bir az asanlaşdıran məhsullar istehsal edirik” - deyir.
Azərbaycanlı istehlakçılara hal-hazırda 15 aparıcı brendini təqdim edən P&G onların gündəlik həyatını yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmədiyini bildirir və buna davam edəcəyinə söz verir.
Bu gün P&G şirkətinin respublikamızda fəaliyyəti nəticəsində 700 nəfərdən artıq insan işlə təmin olunub. Bu rəqəmə şirkətin öz işçilərindən başqa, yerli partnyorlar və agentliklərində çalışanlar da daxildir.
Ölkənin ən böyük TV media investoru olaraq, regional layihələri və innovasiyaları ilə şirkət öz istehlakçılarını da bu layihə və innovasiyaların ortağına çevirir.
Bir çox aparıcı brendlərini bizim bazara gətirmiş P&G dəyər yaradan yenilikləri Azərbaycana gətirməkdə davam edir.
Ötən 20 il ərzində bu şirkət xalqımızın həyatına ictimai layihələri ilə təsir edə və yaxşılaşdıra bilib.
1999-cu ildə isə Pampers brendi altında indiyədək 850 minə yaxın ananı əhatə etmiş “Bilikli ana, sağlam körpə” proqramına və Always brendinin dəstəyi ilə 500 minədək yeniyetmə (11-13 yaşlı) məktəbli qızı əhatə etmiş maarifləndirici proqrama start verilib və bu layihələr hazırda da davam edir.
Sağlam nəsillərin yetişdirilməsini qarşıya məqsəd qoyaraq, idman və idmançıların hər zaman yanında olmağı özünə borc bilən P&G 2012-ci il London Olimpiya Oyunlarında komandamızı dəstəkləməklə Azərbaycan Milli Olimpiya Komitəsi ilə məğrur tərəfdaşlığın əsasını qoyub. Eyni məqsədlə, 2015-ci ildə “Anam üçün!” kampaniyası ilə İlk Bakı Avropa Oyunlarının rəsmi tərəfdaşı olub və "Hər bir uğur arxasında anaların əvəzsiz dəstəyi var" deyə bəyan edib.
Şirkətin daha bir dəstəyi 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Olimpiya komandasına olub və belə genişmiqyaslı tədbirdə komandamızın birinci olmaq sevincini bizimlə birgə yaşayıb.
Bu gün, demək olar ki, hər evdə ən azı bir P&G məhsulu var və bu, şirkətə Azərbaycan istehlakçılarının həyatını yaxşılaşdırmaqda qətiyyətlə davam etməyə stimul verir.
P&G – 20 il Azərbaycanda. Hər zaman yaxşısı ilə.
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.