...

Biznesiniz üçün “АsstrA”nın potensialından istifadə edin

İqtisadiyyat Materials 2 May 2018 14:00 (UTC +04:00)
“AsstrA-Associated Traffic AG” şirkətlər qrupu 20 il ərzində dinamik inkişaf nümayiş etdirir və rəqiblərini inamla qabaqlayır. Bizim müştərilərimizi nəqliyyat və logistika sahəsində xidmətlərin yüksək keyfiyyəti və innovasiya həllləri cəlb edir. Bəs bu sözlərin arxasında nə dayanır?
Biznesiniz üçün “АsstrA”nın potensialından istifadə edin

Bakı. Trend:

“AsstrA-Associated Traffic AG” şirkətlər qrupu 20 il ərzində dinamik inkişaf nümayiş etdirir və rəqiblərini inamla qabaqlayır. Bizim müştərilərimizi nəqliyyat və logistika sahəsində xidmətlərin yüksək keyfiyyəti və innovasiya həllləri cəlb edir. Bəs bu sözlərin arxasında nə dayanır?

Nəqliyyat-logistika xidmətləri bazarı hər il genişlənir və bazar iştirakçılarının sayı yeni şirkətlər hesabına artır. Lakin onlardan yalnız bəziləri nəqliyyatın bütün növlərini və sənayenin bütün sahələrini əhatə edə biləcək xidmətlərin tam siyahısını təklif edir. “AsstrA” nəqliyyat və logistikaya qarşı kompleks yanaşma həyata keçirir. Bizim yanaşmamız standart daşımaların təşkili çərçivəsindən çox kənara çıxır. “AsstrA”nın kompleks xidmətlərinə gömrük rəsmiləşdirilməsinə kömək, xarici iqtisadi fəaliyyətin müşayiət olunması, anbar xidmətləri, sığortalama, layihə logistikası və konsaltinq daxildir. Holdinq 20 ildən artıqdır ki, nəqliyyat-logistika həllərinin sabit genişləndirilməsi və yaxşılaşdırılmasına sərmayə qoyur.

“AsstrA” 2018-ci ilin yanvarında Rumıniyada yeni ofis açıb. Bizim agentlər Avstriya və İspaniyada işləməyə başlayıblar. Hazırda “AsstrA” şirkəti özlüyündə MDB, Avropa və Asiyanın 18 ölkəsində qlobal şəbəkəni ehtiva edir. Geniş coğrafi təmsilçilik müştərilərə daha yaxın olmağı və onların sorğularına qarşı tez reaksiya verməyi təmin edir. Bundan başqa, şirkət istedadlı və ixtisaslı əməkdaşları fəal cəlb edir. 2018-ci ilin əvvəlinə olan məlumata görə, “AsstrA” komandasının müxtəlif sahələrdə 900-dən artıq təcrübəli peşəkar əməkdaşı var.

“AsstrA” şirkəti biznes proseslərin ardıcıllığı prinsipini əldə rəhbər tutur. Bizim komanda hər gün mövcud olanı təkmilləşdirir və yeni nəqliyyat-logistika sxemləri və metodları hazırlayır. “AsstrA” davamlı iş sayəsində hətta ən tələbkar müştərilər üçün münasib olan çevik fərdi həllər təklif edir. Şirkət bizim yüklərin hətta ən uzaq şəhər və ölkələrə çatması üçün marşrutlar şəbəkəsini ardıcıl inkişaf etdirir və genişləndirir. “AsstrA”nın Baş Direktoru Dmitri Laqun vurğulayır: "Təyinat məntəqəsinin nə qədər uzaqda yerləşməsi önəmli deyil. Biz yükü müəyyən olunmuş müddətdə lazım olan yerə çatdıracağıq”.

“AsstrA” şirkəti texnoloji inkişafın müntəzəm olaraq monitorinqini aparır, müasir informasiya texnologiyaları sahəsində ən son nailiyyətləri izləyir və işdə innovasiyalar tətbiq edir. İnnovativ yanaşma və əməkdaşların ixtisası səmərəli həllər hazırlamağa kömək edir. Şirkətin müştəriləri təsdiq edirlər: “Asstra şirkətinin mütəxəssisləri müştərilərlə daim əlaqə saxlayırlar. Onların həll edə bilməyəcəyi elə bir tapşırıq yoxdur”.

“Asstra” daşıyıcının məsuliyyət sığortası sahəsində əhəmiyyətli dərəcədə irəliləyib.

2018-ci ilin yanvar ayından etibarən holdinqin bütün sığorta məsələlərini dünya lideri olan İsveçrənin “Zürich Versicherungs-Gesellschaft AG” şirkəti kurasiya edir. “AsstrA” 3 milyon avro həddində sığortalanıb ki, bu da əvvəlki sığorta ödənişinin məbləğini üç dəfə üstələyir. Bu, daşınmaların həcmini artırmağa və dünya brendlərini əməkdaşlığa cəlb etməyə stimul verir.

“AsstrA-A ssociated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq şirkətlər qrupudur. Logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 18 ölkəsində təmsil olunub.

AsstrA müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal- ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən xidmətlərin tam kompleksini təqdim edir.

AsstrA ofislərin geniş təmsilçiliyi və peşəkarlarla əməkdaşlıq sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, eləcə də hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır.

AsstrA Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası (FIATA) və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (BADA) üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.

Email: [email protected],

Моб.: +994 55 813 59 74

WhatsApp & Viber: +48 576147796

Website: http://www.asstra.com/az/

Fb: https://www.facebook.com/AsstrAsia/?ref=bookmarks

Məqalədə:
Xəbər lenti

Xəbər lenti