...

Duzun və taxılın keyfiyyətinə də Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək

İqtisadiyyat Materials 11 May 2018 18:36 (UTC +04:00)
Duzun və taxılın keyfiyyətinə də Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.
Duzun və taxılın keyfiyyətinə də Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən fərmanın 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:

“1. Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.”.

Beləliklə, bundan sonra yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyqunluğunu müəyyən etmək məqsədilə duzdan götürülmüş nümunələrin ekspertizası Agentlik tərəfindən aparılacaq.

Dövlət başçısı, həmçinin “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən fərmanın 1-ci hissəsinin ikinci abzasında “İqtisadiyyat Nazirliyi” sözləri, üçüncü abzasında “Səhiyyə Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilir.

Bu dəyişiklikdən sonra taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini və taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini də Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Hər iki fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti