...

Bakıdan Ciddə və Burayda istiqamətində reyslərə aviabiletlər satışa buraxılıb

İqtisadiyyat Materials 31 May 2018 09:31 (UTC +04:00)
Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında AZAL-ın iki yeni istiqaməti - Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu - ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar.
Bakıdan Ciddə və Burayda istiqamətində reyslərə aviabiletlər satışa buraxılıb

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında AZAL-ın iki yeni istiqaməti - Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu - ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, birbaşa uçuşlar yay cədvəli çərçivəsində həftədə bir dəfə həyata keçiriləcək. Bakı-Ciddə-Bakı reysləri cümə axşamı (iyunun 21-dən avqustun 30-dək) və Bakı- Əl-Qassim-Bakı reysləri cümə günləri (iyunun 15-dən avqustun 31-dək) yerinə yetiriləcək.

Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti