...

“Azərişıq” ASC sosial şəbəkə vasitəsilə xidmətlərini daha da asanlaşdıracaq

İqtisadiyyat Materials 22 İyun 2018 10:14 (UTC +04:00)
“Azərişıq” ASC tərəfindən sosial şəbəkələrdə əlavə olaraq yeni səhifələr fəaliyyətə başlayıb.
“Azərişıq” ASC sosial şəbəkə vasitəsilə xidmətlərini daha da asanlaşdıracaq

Bakı. Trend:

“Azərişıq” ASC tərəfindən sosial şəbəkələrdə əlavə olaraq yeni səhifələr fəaliyyətə başlayıb.

ASC-dən Trend-ə verilən məlumata görə, məqsəd abonentlərə göstərilən xidmətləri daha da asanlaşdırmaq, məmur-vətəndaş kontaktını minimuma endirmək, süründürməçilik kimi hallara yol verməmək, istehlakçıların hüquqlarını bilməsini təmin etmək, maarifləndirmə, məlumatlandırma və ASAN “xidmət” vasitəsi ilə həyata keçirilən işlərin operativliyidir.

“Azerishiq ASC” facebook səhifəsi ilə yanaşı, yeni “Azerishiq.az” facebook səhifəsi, eyni zamanda “Azerishiq.az” instagram səhifələri yaradılıb. Yeni yaradılan “facebook” və “instagram” səhifələrində “Azərişıq” ASC-nin ASAN “xidmət” vasitəsi ilə etdiyi yeniliklər, texniki şərtlərin verilməsi prosesində həyata keçirilən islahatlar, sahibkarlar üçün nəzərdə tutulan güzəşt və xidmətlər, elektrik avadanlıqlarının istismarı zamanı anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün zəruri olan addımların atılması üçün tələb olunan xidmətlər “facebook” və “instagram” səhifələrində özünə yer alacaq.

Bir sözlə, sadə vətəndaşdan tutmuş sahibkarlara qədər elektrik enerji təchiz edən hər kəs “Azərişıq” ASC-nin sosial şəbəkələrdəki fəaliyyətindən faydalana biləcək.

“Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsi tərəfindən yaradılan sosial şəbəkə səhifələrində yaxın vaxtlarda elektron qaydada yeni xidmətlər də göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti