...

Son bir ayda fərdi uçot sistemində 18,5 min sığortaolunan qeydə alınıb

İqtisadiyyat Materials 7 Avqust 2018 17:40 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində ötən ay əlavə olaraq 18 508 nəfərə fərdi şəxsi hesab açılıb.
Son bir ayda fərdi uçot sistemində 18,5 min sığortaolunan qeydə alınıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində ötən ay əlavə olaraq 18 508 nəfərə fərdi şəxsi hesab açılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 1 avqust 2018-ci il tarixə Fondun fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayı ötən ilin müvafiq dövrü (3 512 261 nəfər) ilə müqayisədə 155 884 nəfər və ya 4,4 faiz artaraq 3 668 145 nəfərə çatıb.

Fərdi şəxsi hesabda məcburi dövlət sosial sığorta haqları formasında toplanan pensiya kapitalı vətəndaşın gələcək pensiya hüququnun formalaşmasına imkan verir. Bu kapitalın hər ilin əvvəlində indeksləşdirilərək artırılması təmin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti