...

Azərbaycanda mobil rabitə operatorları bu il 574 milyon manat gəlir əldə edib

İqtisadiyyat Materials 18 Sentyabr 2018 12:01 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 188,4 milyon manatlıq xidmət göstərib ki, onun da 72,4 faizi əhali tərəfindən istehlak olunub.

Trend-in məlumatına görə, 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,3 faizi və ya 574,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti