Bakı. Trend:
MCS media monitorinq qrupu 1-30 sentyabr 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında mətbuatda işıqlanan pozitiv məlumatların sayına görə 123 məlumat ilə
“AtaSığorta” ASC birinci yeri tutub. 2018-ci ilin sentyabr ayında “AtaSığorta” ASC-nin fəaliyyəti ilə bağlı 3 press-reliz və 1 müsahibə işıqlanıb. Həmçinin mətbuat nümayəndələri üçün “Petrollu Kasko” məhsulunun təqdimatı keçirilib.
Qeyd edək ki, “Media Consulting & Services” media monitorinq qrupu 10 televiziya, 55 çap və 600 online media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir.
Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və sair sahələrin media monitorinqini aparır.