...

DGK və DSX rəhbərləri “Samur” gömrük-sərhəd bu­raxılış məntəqəsində olublar (FOTO)

İqtisadiyyat Materials 2 Noyabr 2018 16:52 (UTC +04:00)
Əlaqədar qurumların rəhbərləri “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar
DGK və DSX rəhbərləri “Samur” gömrük-sərhəd bu­raxılış məntəqəsində olublar (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi, ge­neral-polkovnik Elçin Quliyev və Dövlət Miqrasiya Xidmə­tinin rəisi Vüsal Hüseynov “Samur” gömrük-sərhəd bu­raxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olublar.

DGK-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, ölkəyə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və yoxlama müddətlərinin maksimal azal­dıl­ması məsələləri nə­zər­dən keçirilib.

Bu məqsədlə sərhəd nəzarəti və gömrük orqanlarının vəzifəli şəxs­­lərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə Prezident İlham Əliyevin ölkəmizin turizm im­kan­larının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaş­dırıl­ma­sı, sa­hib­karlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azər­­baycan vətən­daşlarının mənafelərinin qorunması ilə bağlı tapşı­rıq və göstərişlərinin icra vəziyyətilə bağlı geniş fikir mübadiləsi apa­rılıb.

Bununla yanaşı, gömrük-sərhəd bu­raxılış məntəqəsində yeni xidmətlərin tətbiqinə dair iki layihəyə baxılıb. CIP və Fast Track (sürətli ödənişli keçid) xidmətlərilə bağlı olan bu layihələrin hazırlanmasına start verilib. Bu layihələrə əsasən, biznes təmsilçiləri və işgüzar şəxslərə gömrük-sərhəd bu­raxılış məntəqəsində növbədənkənar xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Daha sonra “Samur” gömrük-sərhəd bu­raxılış məntəqəsində elektron növbə sisteminin tətbiqi ilə bağlı infrastruktura baxış keçirilib. Bu sistemin tətbiq olunması hesabına isə gömrük-sərhəd keçid məntəqələrində sıxlıqların aradan qaldırılması nəzərdə tutulur. Belə ki, qabaqcadan “onlayn” növbə tutmaq vətəndaşların və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçidini asanlaşdırmağa yardım edir.

Qeyd edək ki, buraxılış məntəqələrində miqrasiya bölmələrinin fəaliyyətinin təşkilinə başlayıb.

Yeni miqrasiya bölmələri miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət edəcək.

Yeni miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Xidmət bölməsi təkcə ölkəmizə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlərin göstərilməsini təmin edəcək.

Səfər çərçivəsində adıçəkilən qurumların rəhbərləri “Samur” gömrük-sərhəd bu­raxılış məntəqəsində Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara müvafiq xid­­mətlərin göstərilməsi, o cümlədən miqrasiya qanunvericiliyinin po­zul­­ması ilə əlaqədar hallarda dövlət sərhədindən keçən şəxslərin artıq vaxt itkisinə məruz qalmadan miqrasiya orqanlarına müraciət edə bil­mələri üçün yaradılmış şəraitlə də tanış olublar. Bu tədbirin Azərbaycan vətəndaşları və əcnəbilərin sərhədkeçmə prosedur­ları ilə əlaqədar məmnunluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş ciddi ad­dım olması qeyd edilib.

Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə “Samur” gömrük-sərhəd bu­raxılış məntəqəsinin qarşı­sında abadlaşdırılma işlərinin aparılması və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılması məsələləri müzakirə olunub, Azərbay­can Respublikası və Rusiya Federasiyası hökumətləri arasında im­za­lanmış sazişə uyğun olaraq “Samur” çayı üzərində yeni körpü­nün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti