...

Sərfəli səyahət Buta Airways mobil əlavəsi ilə daha asan oldu

İqtisadiyyat Materials 31 Yanvar 2019 14:40 (UTC +04:00)
Bundan sonra Android əməliyyat sistemli bütün smartfonların (5.0 və daha yüksək versiyalar), həmçinin iPhone (iOS 9.0 və daha yüksək versiyalar) smartfonlarının sahibləri Buta Airways rəsmi mobil əlavəsini yükləyə bilərlər.
Sərfəli səyahət Buta Airways mobil əlavəsi ilə daha asan oldu

Bakı. Trend:

Bundan sonra Android əməliyyat sistemli bütün smartfonların (5.0 və daha yüksək versiyalar), həmçinin iPhone (iOS 9.0 və daha yüksək versiyalar) smartfonlarının sahibləri "Buta Airways" rəsmi mobil əlavəsini yükləyə bilərlər.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əlavə Azərbaycan, rus və ingilis dillərində sadə və rahat istifadəçi interfeysi təqdim edir.

Mobil əlavədə aviaşirkətin istənilən istiqamətinə aviabiletlər ala, alınan aviabiletlərin bronunu idarə edə və xidmətlər əlavə edə, öz reysinizə qeydiyyatdan keçə və uçuş cədvəlini görə bilərsiniz.

Həmçinin əlavədə aviaşirkətin əsas qaydalarına dair məlumat və “Buta Airways”in aviareyslər yerinə yetirdiyi şəhərlər üzrə səyahət bələdçisi mövcuddur.

Mobil əlavə həmçinin sərnişinlərə dəstək xidmətinə onlayn müraciəti nəzərdə tutur. Çağrı Mərkəzinə telefon ilə və ya WhatsApp vasitəsilə yazaraq, həmçinin əlavənin özündə Onlayn müraciət xidməti ilə birbaşa müraciət edə bilərsiniz.

iOS üçün əlavəni AppStore-da aşağıdakı link vasitəsilə yükləmək olar: https://itunes.apple.com/gb/app/buta-airways/id1435152673?mt=8, Android üçün isə Google Play-də aşağıdakı link vasitəsilə yükləmək mümkündür. https://play.google.com/stor /apps/details?id=az.butaairways.app

Əlavənin işi ilə bağlı bütün sualları, həmçinin əlavəni işləyib hazırlayan proqramçılara öz istəklərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti