Bakı. Trend:
“Azəriqaz” İstehsalat Birliyi respublika ərazisində qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanın artırılması, əhalinin ''mavi yanacaq''la təhlükəsiz, itkisiz və keyfiyyətli təminatı məqsədi ilə aparılan işləri uğurla yerinə yetirir.
Birlikdən Trend-ə verilən məlumata görə, görülmüş işlərin nəticəsi olaraq, paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhərində də qaz kəmərləri yenidən qurulur.
Belə ki, şəhərin 21-ci mikrorayon ərazisində, 76, 49 və 52-ci məhəllələrində, həmçinin Novxanı bağları adlanan ərazidə qaz kəmərləri yeniləri ilə əvəz olunması üçün layihə üzrə 24 700 metrə yaxın qaz kəmərinin çəkilməsi nəzərdə tutulub. Hazırda qeyd olunan ərazilərdə 2500 metrə yaxın qaz kəməri çəkilib.
Bundan başqa, şəhərdə həyətyanı sahələdə yerləşən qaz sayğaclarının da yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır. Aparılan işlərin nəticəsində istehlakçılar normativ təzyiqlə, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunurlar.