...

"Azərişıq" ASC-nin nümayəndələri zəlzələ bölgəsində olub

İqtisadiyyat Materials 6 Fevral 2019 16:25 (UTC +04:00)
"Azərişıq" ASC-nin səlahiyyətli şəxslərindən ibarət qrup zəlzələnin fəsadlar törətdiyi Şamaxı rayonunda olublar.
"Azərişıq" ASC-nin nümayəndələri zəlzələ bölgəsində olub

Bakı. Samir Əli - Trend:

"Azərişıq" ASC-nin səlahiyyətli şəxslərindən ibarət qrup zəlzələnin fəsadlar törətdiyi Şamaxı rayonunda olublar.

Bu barədə Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev bildirib ki, Şamaxı rayonuna həmçinin ehtiyat üçün zəruri mal-material da yola salınıb:

"Məqsəd zəlzələ baş vermiş ərazilərdə elektrik enerjisinin təchizatı ilə bağlı meydana çıxa biləcək hər hansı vəziyyətə operativ müdaxilə etməkdir. Hazırda Şamaxı və zəlzələnin təsirinə məruz qalan digər rayonlarda əhalinin elektrik enerjisi ilə təchizatı fasiləsiz həyata keçirilir.

Əməkdaşlarımız meydana çıxa biləcək hansısa yeni situasiyalarla bağlı tam hazırlıq görüblər, bütün zəruri mal-materiallar da tədarük edilib. Hansısa dayaqların dəyişdirilməsi, kabellərin əvəzlənməsi lazım gələrsə, operativ qaydada bu işlər həyata keçiriləcək. O cümlədən hazırda zəlzələnin təsiri ilə qəzalı vəziyyətə düşən tikililərin elektrik xətlərinə baxış keçirilməkdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti