...

Samur çayı üzərində salınan avtomobil körpüsünün tikintisinə baxış keçirilib (FOTO)

İqtisadiyyat Materials 8 Fevral 2019 15:59 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında Samur çayı üzərində salınan avtomobil körpüsünün tikintisinə baxış keçirilib.
Samur çayı üzərində salınan avtomobil körpüsünün tikintisinə baxış keçirilib (FOTO)

Xaçmaz. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanla Rusiya arasında Samur çayı üzərində salınan avtomobil körpüsünün tikintisinə baxış keçirilib.

Trend-in məlumatına görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

P.Bülbüloğlu körpüyə baxış zamanı bildirib ki, bu vaxta qədər keçid məntəqəsində həmişə böyük tıxaclar olurdu:

"Avtobuslar, avtomobillər saatlarla gözləyirdi. Camaat əziyyət çəkirdi. Şükürlər olsun ki, bu problem tezliklə həllini tapacaq. Neçə illər idi ki, biz bu məsələni qaldırırdıq. Məsələ prezidentlər, daha sonra nazirlər səviyyəsində öz həllini tapdı. Bizim üçün sevindirici haldır ki, problem aradan qalxır".

Qeyd edək ki, körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Yeni körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilir.

Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni isə 17,3 metrdir. Körpü 5 aşırımlı iki zolaqdan ibarət olacaq. Burada eni 3,75 metr olacaq qapalı piyada zolağı da nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti