...

Alman-Azərbaycan Ticarət Palatası tərəfindən ilk AHK-İmpuls tədbiri keçirilib (FOTO/VİDEO)

İqtisadiyyat Materials 12 Fevral 2019 12:28 (UTC +04:00)
Alman-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilmiş Azərbaycanda miqrasiya siyasəti islahatlarının həyata keçirilməsinə həsr olunmuş ilk AHK-İmpuls tədbiri 07 fevral 2019-ci il tarixində HYATT konfrans mərkəzində keçirilib.
Alman-Azərbaycan Ticarət Palatası tərəfindən ilk AHK-İmpuls tədbiri keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Alman-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilmiş Azərbaycanda miqrasiya siyasəti islahatlarının həyata keçirilməsinə həsr olunmuş ilk AHK-İmpuls tədbiri 07 fevral 2019-ci il tarixində HYATT konfrans mərkəzində keçirilib.

Mövcud AHK-İmpuls mövzusu, davam edən islahatlara və Azərbaycanın miqrasiya sahəsindəki son inkişaf məqamlarına həsr edilib. Tədbir iştirakçılarına Miqrasiya Xidmətinin 2019-cu ildə prioritet sayılan və planlaşdırılmış tədbirlər, davam edən islahatlar, habelə xarici vətəndaşların miqrasiya problemlərinin azaldılması barədə məlumat verilib.

Tədbirin fəxri qonağı olan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov "Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsi" mövzusunda təqdimat edib.

Miqrasiya sektorunun bir çox mövzuları sual-cavab bölməsində fəal müzakirə olunub.

"Azərbaycanda miqrasiya qanunvericiliyinin tətbiq olunmasının 10 illiyi" mövzusunda geniş təqdimatı ilə tədbiri davam etdirərək, EKVITA Şirkətinin təsisçisi və direktoru İlqar Mehti, Dövlət Miqrasiya Xidmətinin keçdiyi yol, həmçinin bu dövr ərzində EKVITA-nın verdiyi töhfə haqqında tədbir iştirakçılarına məlumat verib.

Təqdimatda Azərbaycanın miqrasiya qanunvericiliyi, həmçinin son 5 il ərzində EKVITA tərəfindən qanunvericiliyə dair təklif olunan tövsiyələr, bu sahədə görülən müsbət addımlar və qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılmasına dair təkliflər də nəzərdən keçirilib.

Müzakirələr şam zamanı davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti