...

Hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 14 Fevral 2019 19:16 (UTC +04:00)
Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, tədbir Prezidentin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2017-ci il tarixli fərmanlarının icrasından irəli gələn məsələlərlə bağlı biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın hazırladığı “İcra və Kommunikasiya Planı”na uyğun olaraq təşkil edilib.

Görüşdə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində xarici ticarət üzrə aparılan islahatlarla bağlı şirkət nümayəndələri məlumatlandırılıb.

DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi rəisinin birinci müavini Rauf Məmmədov xarici ticarətin asanlaşdırılması sahəsində həyata keçirilən islahatlardan, beynəlxalq reytinq cədvəllərində Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılması məqsədilə görülən işlərdən danışıb.

DGK Gömrük Sərhəd Keçid Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin müavini Mübariz Mustafayev isə sərhəd-keçid məntəqələrində ticarətin və sərhədkeçmə proseslərinin sadələşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.

Daha sonra DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi Ticarətin asanlaşdırılması idarəsinin rəisi Ceyhun Nəcəfli “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı təqdimatla çıxış edib. Şirkət nümayəndələrinə sistemdən istifadə hüququnun verilməsi, ləğv edilməsi və sistemdən istifadə qaydaları barədə ətraflı məlumat verilib.

Görüşdə qısa idxal bəyannaməsinin doldurulması, sistemə daxil edilməsilə bağlı videoçarx da nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Sonda şirkət nümayəndələri “Samur” gömrük postunda “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə əyani şəkildə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti