Bakı. Trend:
Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az hər zaman gənclərin təhsilinə yönəlmiş sosial-ictimai tədbirlərdə, təlimlərdə yaxından iştirak edib və dəstək olub.
Fevralın 14-də Qubada keçirilən SABAH III Karyera Qış Məktəbində təlimlər həyata keçirilib. “Start-up-ın yaradılması mərhələləri” və “İT layihələrin idarə olunması” mövzularında keçirilən təlimi GoldenPay şirkətinin layihə rəhbəri, fəlsəfə elmlər doktoru namizədi Fəxri Hüseynov aparıb. Təlimdə startapların əsas mərhələsi, layihələrin hazırlanması və maliyyə vəsaitlərinin cəlb edilməsi, iştirakçılara öz bizneslərini inkişaf etdirməkdə donor təşkilatların rolu haqqında geniş məlumat verilib.
Öncədən də qeyd etdiyimiz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının Karyera Akademiyası çərçivəsində tərəfdaşı olan Golden Pay şirkəti SABAH tələbələri üçün xüsusi təqaüd ayırıb. 70-dən çox tələbə arasından 3 nəfər təqaüdə layiq görülüb və 2018-2019 -ci il tarixlərində aylıq 150 AZN təqaüdlə təmin olunacaqlar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.